Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-222/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Lalə Nurəddin qızının katibliyi, Cavabdeh Maraqlı şəxs2 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin ərizəsinə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs1 cavabdehlər Maraqlı şəxs2 və Xəzər rayon qeydiyyat şöbəsinə qarşı atalıq haqqında qeydin ləğv edilməsi tələbi təmin edilərək xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X2 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatların ləğv edilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi məhkəmə ərizə ilə müraciət edərək qətnamənin nəticə hissəsində uşağın ata haqqında məlumatlar hissəsində kimin adı yazılması göstərilməmişdir. Doğum tək ana kimi qeyd olunduqda ata haqqında məlumatlar ananın dediyinə görə yazılır. Ona görə də qətnaməyə izah verilməsi və ata haqqında məlumatların “ananın göstərişinə əsasən yazılsın” cümləsinin əlavə edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs2 izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində uşağı X1 doğum akt qeydində ata haqqında məlumatların ləğv edildiyi halda onun doğum akt qeydində atası barədə məlumatın hansı əsaslı yazılması qeyd olunmadığından bu barədə problemlər yarınmışdır. Ona görə də Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi və iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaların 1.12-1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirli-yinin informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir Həmin Qaydanın: - 2.8.2-ci bəndinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; -2.8.3-cü bəndinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X2 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatların ləğv edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Lakin həmin qətnamədə uşağın doğum akt qeydində ata haqqında məlumat ləğv edildikdən sonra ata barədə məlumatın hansı əsasla yazılması qeyd olunmadığından bu məsələyə aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Ona görə də qeydiyyat şöbəsi tərəfindən həmin qətnaməyə izah verilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaların tələblərindən görünür ki, valideynlər nikahda olduqda onlar uşağın doğum haqqında akt qeydində valideynləri kimi qeyd olunurlar. Valideynlər nikahda olmadıqda isə uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə qətnaməsi əsasında uşağın doğum akt qeydində ata haqqında məlumat ləğv edildiyindən və həmin qətnamədə isə uşağın doğum akt qeydində ata haqqında məlumat ləğv edildikdən sonra ata barədə məlumatın hansı əsasla yazılması qeyd olunmadığından bu məsələyə aydınlıq gətirilməsi məqsədilə ərizə əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X2 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edildikdən sonra doğum akt qeydində ata haqqında məlumatın uşağın anasının göstərişi üzrə yazılmalı olması kimi izah verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X2 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edildikdən sonra doğum akt qeydində ata haqqında məlumatın uşağın anasının göstərişi üzrə yazılmalı olması izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-222/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-222/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver