Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-223/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı Tələbkar, Cavabdeh X3 iştirakı ilə Cavabdeh X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cavabdeh X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı iş üzrə çıxarılmış xx.xx.2016-cı il tarixli qətnaməsinin icra olunma qaydasının izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-6235 2016 aylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Borclu ilə onun arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəhəsi, məhəllə 2146, 23 saylı evin 48 nömrəli mənzilində Borclu payı 1/2 hissədə, Tələbkar payı 1/2 hissədə müəyyən edilməsi, eyni zamanda həmin mənzildən onun ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmağı qət edilmişdir. Daha sonra qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsədə, şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonru icra olunmasi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmiş və icra sənədinin icrası məmuru X2 həvalə edilmişdir. İcra sənədində göstərilən mənzil paylı mülliyyətdir. Həmin mənzilin 1/2 hissəsi Tələbkar, digər 1/2 hissəsi isə Borclu məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestrində Zeynəb Məmmədovının payı xx.xx.2022-ci ildə, Borclu payı isə xx.xx.2023-cü ildə qeydiyyata alınmış, 2016-cı il tarixli qətnamə ilə isə onun mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Bündün başqa paylı mülkiyyətin mülliyyətçisi Borclu verdiyi etibarnamə ilə mübahisəli mənzildə yaşamasına dair səlahiyyət vermişdir. Lakin buna baxmayaraq tələbkar mənzildən çıxarılmasını tələb edir. Halbuki, onun pay hüququ yalnız 1/2 hissədən ibarətdir. Bu mənada qətnamənin icrası ilə bağlı ziddiyyətli məqamlar mövcuddur. Buna aydınlıq gətirilməsi üçün isə hesab edir ki, qətnaməyə izah verilməlidir. Məhkəmə iclasında cavabdeh X4 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, onun başqa yaşayış yeri yoxdur. Buna baxmayaraq icra sənədi əsasında onun evdən çıxarması tələb olunur. Məhkəmə iclasında iddiaçı Tələbkar ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında X4 evdən çıxarılmalıdır. Lakin o, evdən çıxmaq istəmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Borclu, Bakı şəhəri 18 saylı Notariat kontorunun, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin və “Bakı- İnşaat-20057 MTK-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şxəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamənin izah edilməsinə dair cavabdeh X3 ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göründüyü kimi qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Borclu və X4 arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X3 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində Borclu payı 1/2 hissədə, Tələbkar payı 1/2 hissədə müəyyən edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilindən X3 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-ci mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya Borclu payı 1/2 hissədə, Tələbkar payı 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1386/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar Dövltxan qızının, cavabdehlər X1 və Borclu apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3361/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Borclu və vəkili Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1386/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi irəli sürülmüş iddia tələbləri çərçivəsində araşdırma aparılmaqla iddia tələbinin qismən təmin edilməsi qət edilmiş və həmin qətnamənin nəticə hissəsi aydın ifadə olunmuş və izaha ehtiyacı yoxdur. Hazırda isə qanuni qüvvəyə minmiş həmin qətnaməyə izah verilməsinə dair cavabdeh X3 əsası isə məhkəmə qətnaməsi əsasında çıxarılmalı olduğu mənzilin paylı mülkiyyətdə olmaqla ½ hissəsi Borclu məxsus olmasından və Borclu həmin mənzildə yaşamasına razı olmasından ibarətdir. Bununla da müəyyən olunur ki, hazırki ərizəsinin verilməsi səbəb Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsində aydın və və ziddiyyətli olan hallarla bağlı deyil, məhz həmin qətnamənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilindən X3 çıxarılması hissəsinin icrası zamanı yaranan məsələ ilə bağlıdır. Odur ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsində qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir və buna görə də izah verilməsi yolu ilə həmin qətnamənin icrasına münasibət bildirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin izah edilməsinə dair cavabdeh X3 ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin izah edilməsinə dair cavabdeh X3 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-223/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-223/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver