Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-223/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-420/2017 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra vərəqəsinə əsasən borclular X1 və Borclu 5569,55 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri zamanı Borclu mülkiyyətində “OPEL ZAFİRA” minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra məmurunun əsaslandırılmış təqdimatı əsasında tələbin şəxsi əmlaka yönəldilməsi məqsədilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-420/2017 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “OPEL ZAFİRA” minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra sənədi üzrə başlanmış icraata borc tam ödənildiyi üçün xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini xahiş edərək bildirdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra vərəqəsi üzrə borc tam məbləğdə ödənilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X1 və Borclu birgə qaydada 5093,15 ABŞ dolları əsas kredit borcu, 426,40 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 50 ABŞ dolları əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 5569,55 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-420/2017 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına olan “OPEL ZAFİRA” minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Tələbkar "xxxx" ASC tərəfindən icra şöbəsinə göndərilmiş ərizədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra vərəqəsi üzrə borcluların banka olan borcu tam olaraq ödənilmişdir. - Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2786/2016 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-420/2017 saylı qərardadına əsasən Borclu məxsus “OPEL ZAFİRA” minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-420/2017 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “OPEL ZAFİRA” minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-223/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-223/2024
02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver