Məhkəmə qərarları › İş №8(003)-225/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-225/2024

11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-225/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-213/2020 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-565/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq ayda hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-213/2020 saylı qərardadına əsasən Borclu məxsus olan “OPEL ASTRA” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “OPEL ASTRA” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-565/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq ayda hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-213/2020 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Borclu məxsus “OPEL ASTRA” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 2(023)-565/2020 saylı icra sənədinin Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. - X5 tərəfindən Xəzər rayon İcra Şöbəsinə verilmiş xx.xx.2024 saylı ərizənin surətindən görünür ki, tələbkar icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-213/2020 saylı qərardadına əsasən Borclu məxsus “OPEL ASTRA” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-213/2020 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “OPEL ASTRA” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar