Məhkəmə qərarları › İş №8(003)-228/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-228/2023

18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-228/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X1 X2 Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2359/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənəvi ziyanın əvəzi kimi cavabdeh X4 1000 (min) manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (20+15=35) 35 manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 104 (bir yüz dörd) manatın cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bildiri ki, ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə üzrə qət edilən 1000,0 manat pul məbləğini birdəfəlik ödəmək iqtidarında deyil və bunun üçün maddi imkanı yoxdur. heç bir yerdə işləmir, heç bir yerdən maddi dəstəyi yoxdur. Yalnız hissə-hissə ödənişləri vaxtında icra edə bilər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qət edilmiş pul məbləğinin aylıq 50,0 mnaat olmaqla hissə-hissə icra olunması barədə qərar çıxarılmasın xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, o,hazırda heç bir yerdə işləmir və məhkəmə qətnaməsi ilə ondan tutulmuş 1000,0 mnat pulu bir dəfəyə tələbkara ödəyə bilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan tutulmuş 1000,0 manat pul vəsitinin hər ya 50,0 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etdir.. Məhkəmə iclasında iştirak edən tələbkar X10 iddia tələbinin hissə-hissə ödənilməsinə razı olmadığını və borcun hamısının tam şəkildə ödənilməsini istədiyini bildirərək, məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclaında iştirak edən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasov tələbkarın qətnaməni icra olunmasını tələb etdiyini bildirdi. Ərizənin təmin və ya rədd olunmasının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək iddiaçı X7 xeyrinə X3ndan mənəvi ziyanın əvəzi kimi 1000 (min) manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (20+15=35) 35 manat pul vəsaitinin tutulması qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X6 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissə-hissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar