Məhkəmə qərarları › İş №8(003)-229/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-229/2023

14.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-229/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəçi X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-430/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə ona məxsus “Vaz 21154” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə olan borc tam ödənilmişdir və iş üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Xəzər Rayon Məhkəməsinin 8(003)-430/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi əsasında X1 mülkiyyətində olan “Mercedes Benz C” markalı **-MF-***“Vaz 21154” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə və Bakı şəhəri Xəzər rayon icra şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-4622/2016 saylı məhkəmə əmri üzrə X2 məxsus olan “VAZ 21154 minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-430/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, X2 məxsus olan “VAZ 211545 minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-4622/2016 saylı icra sənədinə xitam verilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu tərəfindən borc ödənilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-430/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməli, borclu X2 məxsus olan “VAZ 21154 minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldi: Ərizə təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı qərardadı ləğv edilsin. X2 məxsus olan “VAZ 21154 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar