Məhkəmə qərarları › İş №8(003)-229/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-229/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-229/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin icra icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra X1 məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/ynın 26 saylı bağ evin üzərindən həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 4324/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 8000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 8(011 )-861 /2021 saylı, xx.xx.2021 -ci il tarixli qərardadına əsasən Borclu məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/y- nın 26 saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/y-nın 26 saylı bağ evin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-4324/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 8000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-861/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/y-nın 26 saylı bağ evin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4324/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu X4 tərəfindən tam şəkildə təmin olunmuşdur. Təqdimata əlavə edilmiş tələbkar X6 Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, borlcu X2 icra sənədi üzrə borcunu tamamilə ödədiyini, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, tələbkarın icra sənədinə xitam verilməsini xahiş etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini, bununla da əmlakın üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-861/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ləğv edilməli, borclu X3 məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/y-nın 26 saylı bağ evin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-861/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. X3 məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Tİİ” b/y-nın 26 saylı bağ evin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar