Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-23/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən X8, X2 və X12 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsinə əsasən cavabdeh X4 iddiaçılar X2, X12 və X3 xeyrinə 20000 ABŞ dolları dəyərində 4* kq 4* sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dayərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSRİ Yatran hər biri 2*00 dollar, *0000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopya, *000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopya, 2*000 manat dəyərində Qiz qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 1*000 manat dəyərində bir iri "biçok" tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, *000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, *00 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslovakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor va yə onların dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 1* (on beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, 28 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X13 və Bakı şəhəri *3 saylı Notariat Kontoruna və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsinə əsasən iddiaçılar X2 və X3 cavabdehlər X13 və *3 saylı Notariat Ofisinə, maraqlı şəxslər X9, X6 və X10 alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən üçüncü şəxs X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)- *2**/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. X1, X2 və X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsi ilə eyni xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı icra vərəqəsində icra hərəkətlərinin ünvanının AR MPM-nin 233.3-cü maddəsi ilə qətnamə və qərardadla müəyyən edilmiş ünvanının qeyd edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçilər X8, X2 və X10 və Bakı şəhəri Xəzər rayon icra şöbəsinə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalıdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci maddəsindən görünür ki, MPM-in 231-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatda, Azərbaycan Respublikası MPM-in 231-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununda 8 nömrəli indekslə qeydə alınmalı olan işlərin əhatəsi qeyd edilmişdir. Lakin hazırki iş üzrə şikayətçilər X8, X2 və X12 öz şikayət ərizələrinin giriş hissəsində Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən şikayət etdiklərini qeyd etsələr də, şikayətin məzmununda və xahiş etdim hissəsində məhkəmədən hansı məsələ ilə bağlı qərar qəbul edilməsini aydın və konkret şəkildə göstərməmiş, həmçinin şikayətin düzgün tərtib olunması tələblərinə əməl etməmişdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən X8, X2 və X12 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən X8, X2 və X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №8(003)-23/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-23/2025
22.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver