Məhkəmə qərarları › İş №8(003)-232/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-232/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-232/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Tələbkar, Cavabdeh Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin icra qaydasında indeksasiya olunması barədə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı ərizə ilə müraciət edərək Borclu birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat alimentin onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tələbkar məhkəmə iclasında göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu birgə nikahdan doğulmuş X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmuşdur. Aliment məbləğinin indeksasiya olunmasını istəyir. Ərizənin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, tələblə razı deyil. İddiaçı ilə cavabdeh faktiki olaraq eyni evdə yaşayırlar və cavabdehin evin ərzaq və kommunal xərclərini ödəyir. Ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu Tələbkar xeyrinə X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu ilə Tələbkar arasında xx.xx.2017-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş X3 və X2 anaları Tələbkar ilə qalması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməlidir. Ərizədə iddiaçı və cavabdeh göstərilməsinə baxmayaraq, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması müəyyən edilmiş və Tələbkar məhkəmə iclasında alimentin artırılmasını istədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Tələbkar alimentin indeksasiya olunmasını tələb edir. Həmin Qərarın 8.4-2-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (Cavabdehnun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmiş, məhkəmə tərəfindən uşaqların saxlanması üçün hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,58 (200AZN:345AZN=0,58) mislini təşkil etmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur. Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.11-1-ci yarımbəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış alimentin məbləğinin tutulmasına da şamil edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır və indeksasiya olunmuş aliment xx.xx.2025-ci il tarixindən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2987/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar