Məhkəmə qərarları › İş №8(003)-233/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-233/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-233/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadak saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin dəyişdirilərək, iki uşağa görə hər ay qazancının beşdə üç hissəsi miqdarında alimentin müəyyən edilməsi və ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o məhkəmə iclasına gəlməmişdir. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Tələbkar ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, Tələbkar ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadak saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin dəyişdirilərək, iki uşağa görə hər ay qazancının beşdə üç hissəsi miqdarında alimentin müəyyən edilməsi və ona ödənilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar