Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-234/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 5015/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X1ndan və Borclu müştərək qaydada cəmi 1322,18 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar "Dəmir Bank” ASC-nin xeyrinə ödənilməlidir. Xəzər rayon məhkəməsinin 8(003)-1843/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardadına əsasən Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “NİSSAN MAXİMA" minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-5015/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X1ndan və Borclu müştərək qaydada cəmi 1322,18 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar "Dəmir Bank” ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadının surətindən görünür ki, borclu “Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Ləğv prosesində olan "Dəmir Bank” ASC-nin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli, 2(010)-5015/2015 saylı qətnamə üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 və Borclu sözügedən icra sənədi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynova xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-5015/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Təqdimata əlavə edilmiş tələbkar Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə olunması departamentinin Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, borlcu Borclu icra sənədi üzrə borcunu tamamilə ödədiyini, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, icra sənədi üzrə icraata xitam verilməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №8(003)-234/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-234/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver