Məhkəmə qərarları › İş №8(003)-235/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-235/2024

16.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-235/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsinə dair X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına icrasının 6 ay müddətinə möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 131/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən Tələbkar xeyrinə cavabdeh X1 8*00 manat məbləğində pul tutulmalıdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Hazırda qətnamənin tam olaraq, bir dəfəyə ica olunması onun imkanı xaricindədir. Buna baxmayaraq, müəyyən vaxt ərzində şirkətinin işini qaydaya salıb borcun ödənilməsini təmin edə bilər. Bunun üçün ona 6 (alta) ay vaxt tələb olunur. Bununla bağlı o, icra məmuruna ona möhlət verilməsi barədə müraciət etsə də, icra şöbəsi bundan imtina edərək məhkəməyə müraciət etməli olduğumu bildirmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar məhkəməyə verdiyi izahatında bildirdi ki, Xəyal Məmmədov ona olan borcundan ödəniş etməmişdir. Ərizənin təmin olunmmasını xahiş etdi. Ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında borclu lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, proses iştirakçıları məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-131/2023 saylı xx.xx.2023ci il tarixli qətnaməsinə əsasən Tələbkar xeyrinə cavabdeh X1 8*00 manat məbləğində pul tutulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 1*-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 200*-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1*-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasına 8*00,0 manat pul vəsaitini ödənilməsi hissəsində möhlət verilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu X3 isə, buna dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, borclu X2 ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. İcra sənədinin icrasına möhlət verilməsinin qanunla müəyyən edilən əsaslarının mövcud olması məhkəmə iclasında müəyyən edilmədiyindən, ərizə əsassızdır. Buna görə də, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra sənədinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar