Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-237/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7019/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən Borclu kredit müqaviləsi üzrə 3642 manat əsas borc, 220,47 manat faiz və 100 manat dəbbə pulu olmaqla, cəmi 4636,08 manat borc pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-ə qaytarılması qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan, TOYOTA CAMRY markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Xəzər Rayon İcra şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimat ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və TOYOTA CAMRY markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2023-cü il tarixli qərarına əsasən, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğu üçün Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)- 7019/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan "X1 Edilməsi Agentliyi" MMC-nin Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-7019/2016 saylı qətnaməsi və "xxxx" ASC ilə "xxxx" QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli S-AVK-2007 saylı akt üzrə öhdəliyini icra etdiyi üçün icra sənədinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Borclu məxsus olan "Toyota Camry" markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 68/2023 nömrəli, xx.xx.2023-cu il tarixli qərardadı Borclu mülkiyyətində olan, **-BV-*** qeydiyyat nişanlı, "TOYOTA CAMRY" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-68/2023 nömrəli, xx.xx.2023-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan, **-BV-*** qeydiyyat nişanlı, "TOYOTA CAMRY" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-237/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-237/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver