Məhkəmə qərarları › İş №8(003)-238/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-238/2022

20.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-238/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Borclu məxsus əmlak üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2035/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2226/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes E 240” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «Mercedes E 240» minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2226/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borcludan cəmi 2004 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclunun öhdəliyinin qalmaması barədə tələbkarın məktubu ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2226/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və digərlərindən cəmi 2024 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan tələbkar "xxxx" ASC-nin Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2226/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular tərəfindən borc tam şəkildə ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2226/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılmış hallarından görünür ki, icra sənədi üzrə tələbkara olan borc, borclular tərəfindən tam ödənildiyindən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Bununla da borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş hal aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki borcluya məxsus avtomobil üzərində həbsin qalmasına zərurətin aradan qalxdığından təqdimat təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2035/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus «Mercedes E 240» minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2035/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus «Mercedes E 240» minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar