Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-243/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X2 iştirakı ilə, Tələbkar X1 rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi İşin halları Tələbkar X4 şikayət ilə müraciət edərək, Xəzər rayon İcra Şöbəsinin sözügedən qərarının ləğv edilməsini, icra sənədinin icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(003)-1879/2022-006 nömrəli mülki iş üzrə qəbul etdiyi qətnamə əsasında tərtib edilmiş icra sənədinə əsasən, cavabdeh Borclu azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü qızı Məmmedova Melis və xx.xx.2016-cı il təvəllüdlü oğlum Məmmədov Onurun saxlanılması üçün hər ay hər bir uşaq üzrə 150 (yüz əlli) manat məbləğində alimentin tutulmasını təmin etmək məqsədilə icraatın başlanmasını təmin etmiş. İcraat xx.xx.2022-ci il tarixindən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsində aparılmışdır. Lakin 21 dekabr 2023-cü il tarixində həmin icra işi üzrə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən icra işinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarda guya tələbkar 27 noyabr 2023-cü il tarixli ərizə ilə aliment tələbindən könüllü şəkildə imtina etdiyini əsas gətirilmiş və bu səbəblə cavabdehdən alimentin tutulması üzrə aparılan icra icraatına xitam verilmişdir. Lakin bu qərar onun iradəsinə və hüquqi maraqlarına, ən əsası isə azyaşlı övladlarının mənafelərinə zidd şəkildə qəbul olunmuş, həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Bildirmək istəyirəm ki, mən hüquqi biliklərə malik olmayan, hüquq sahəsində savadsız bir vətəndaş kimi, bu sahədə təcrübəsi olan şəxslərin təsiri altında qalmışam və həmin xx.xx.2023-cü il tarixli ərizə ona əvvəlcədən yazılmış formada təqdim olunmuş, hüquqi nəticələri mənə izah edilmədən imzalatdırılmışdır. Həmin ərizənin məzmununda alimentdən imtina etdiyinni göstərilsə də, bu imtinanın ona və xüsusilə azyaşlı uşaqlara doğura biləcəyi hüquqi və maddi fəsadlar izah olunmamış, o isə təzyiq və ya yanlış yönləndirmə şəraitində ərizəni imzalamışdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi ilə təmin edilmiş uşaqların hüquqlarının, eləcə də valideynlik vəzifəmin yerinə yetirilməsi üçün zəruri olan imkanların pozulması deməkdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən tələbkar X4 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi xitam verilməsi barədə Qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1879/2022- 006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. 78.2-ci maddəsinə əsasən zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1879/2022 saylı mülki işi üzrə çıxarılmış qətnaməyə əsasən, cavabdeh Borclu azyaşlı övladları Məmmedova Melis və Məmmədov Onurun saxlanılması üçün aylıq hər bir uşaq üzrə 150 (yüz əlli) manat aliment ödənilməsinə məhkum edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında tərtib olunmuş icra sənədi xx.xx.2022-ci il tarixindən icraya yönəldilmişdir. İcra orqanının icraata xitam verməsinin əsası kimi göstərilən xx.xx.2023-cü il tarixli ərizədə tələbkarın guya alimentin tam ödənildiyi bildirilmişdir. Lakin bu ərizə tələbkar tərəfindən hüquqi nəticələri izah edilmədən, təzyiq və ya yanlış yönləndirmə şəraitində imzalanmış, ərizənin təqdim edilməsi zamanı alimentdən imtinanın azyaşlı uşaqların hüquqi və maddi vəziyyətinə təsiri izah edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddəalarına, habelə “Uşaq hüquqları haqqında” Qanunun müddəalarına əsasən, aliment hüququ uşağın şəxsi hüququ hesab olunur və aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. İcra məmuru tərəfindən icraata xitam verilərkən azyaşlıların maraqları və alimentin sosial əhəmiyyəti nəzərə alınmamış, alimentdən imtinanın məhz təzyiq və ya savadsızlıq fonunda verildiyi xüsusilə araşdırılmamışdır. Halbuki icra məmuru, Azərbaycan Respublikası İcra Haqqında Qanununun müddəəalarına uyğun olaraq, icraata dair hərəkətləri qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun və azyaşlıların mənafeləri nəzərə alınmaqla aparmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericiliyin tələbindən görünür ki, aliment öhdəliyi birbaşa olaraq azyaşlıların yaşamaq, inkişaf etmək və layiqli şəraitdə böyümək hüququnun təmin olunmasına xidmət edir, valideynin alimentdən imtinası, bu öhdəliyin aradan qalxması demək deyil. Uşaq bu hüquqa malik olduğu üçün, valideyn bu hüquqdan imtina edə bilməz, yalnız müvəqqəti razılaşma xarakteri daşıya bilər. Bu da onu göstərir ki, aliment öhdəliyi hüquqi cəhətdən davamlı və vacib bir məsuliyyətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1879/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-243/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-243/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver