Məhkəmə qərarları › İş №8(003)-244/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-244/2023

04.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-244/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X1 əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)-1926/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)-2036/2016 saylı və xx.xx.2018-ci il tarixli 8(003)-825/2018 saylı qərardadları ilə qoyulmuş həbsin götürülməsinə dair X9 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-5344/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, X4, X7 və X5 müştərək qaydada kreditor Nikoyl İKB-nin xeyrinə 7383 (yeddi min üç yüz səksən üç) ABŞ dolları əsas borc, 1178 (bir min yüz yetmiş səkkiz) ABŞ dolları faiz borcu, cəmi 8561 (səkkiz min beş yüz altmış bir) ABŞ dolları borc ödəniş gününə Azərbaycan manat məzənnəsi ilə pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin ("xxxx" ASC) xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-6254/2015 saylı qətnaməsinin surətindən görünür ki, borclular X18, X15 və X8 müştərək qaydada cəmi 11220 (on bir min iki yüz iyirmi) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin ("xxxx" ASC) xeyrinə tutulmalıdır. Tələbkarın məktubundan görünür ki, icra sənədi tam icra edilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-849/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu X17, X20, X21, X18, X16, X12 və X2 müştərək qaydadı 24987,76 (iyirmi dörd min doqquz yüz səksən yeddi ABŞ dolları yetmiş altı sent) ABŞ dolları əsas borc, 3683,38 (üç min altı yüz səksən üç ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları faiz borcu 2498,80 (iki min dörd yüz doxsan səkkiz ABŞ dolları səksən sent) ABŞ dolları cərimə olmaqla cəmi 31169,94 (otuz bir min yüz altmış doqquz ABŞ dolları,doxsan dörd sent) ABŞ dolları borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Tələbkarın ərizəsi əsasında icra sənədi geri qaytarılmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-3910/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, X7 232,96 manat məbləğində əsas borc, 38,47 manat faiz borcu, 12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 283,43 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədi icrasız geri qaytarılmışdır. Məhkəmə iclasında ərizəçi R.O.Quliyev ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-849/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, borclu X17, X20, X21, X18, X16, X12 və X2 müştərək qaydadı 24987,76 (iyirmi dörd min doqquz yüz səksən yeddi ABŞ dolları yetmiş altı sent) ABŞ dolları əsas borc, 3683,38 (üç min altı yüz səksən üç ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları faiz borcu 2498,80 (iki min dörd yüz doxsan səkkiz ABŞ dolları səksən sent) ABŞ dolları cərimə olmaqla cəmi 31169,94 (otuz bir min yüz altmış doqquz ABŞ dolları,doxsan dörd sent) ABŞ dolları borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Tələbkar "xxxx" QSC ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, İcra haqqında Azərbaycan Respublikası Qanunun 23.1.1ci maddəsinin tələbinə əsasən icra sənədi geri qaytarılmasını xahiş etmişdir. Tələbin ödənilməsi ilə bağlı tələbkarın ərizəsi əsasında ona məxsus olan VAZ 21061 minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xəzər Rayon Məhkəməsinin 8(003)-2036/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-5344/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, X4, X7 və X5 müştərək qaydada kreditor Nikoyl İKB-nin xeyrinə 7383 (yeddi min üç yüz səksən üç) ABŞ dolları əsas borc, 1178 (bir min yüz yetmiş səkkiz) ABŞ dolları faiz borcu, cəmi 8561 (səkkiz min beş yüz altmış bir) ABŞ dolları borc ödəniş gününə Azərbaycan manat məzənnəsi ilə pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Tələbkar Nikoyl İKB ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. Tələbin ödənilməsi ilə bağlı tələbkarın ərizəsi əsasında ona məxsus olan VAZ 21061 minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xəzər Rayon Məhkəməsinin 8(003)-825/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)-3910/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X7 232,96 manat məbləğində əsas borc, 38,47 manat faiz borcu, 12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 283,43 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməlidir. X11 Bankı ASC ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. Tələbin ödənilməsi ilə bağlı tələbkarın ərizəsi əsasında ona məxsus olan VAZ 21061 minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xəzər Rayon Məhkəməsinin 8(003)-1926/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-6254/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclular X18, X15 və X8 müştərək qaydada cəmi 11220 (on bir min iki yüz iyirmi) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rüsumu X6 Bankının xeyrinə tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10 və 24-cü maddəsinə əsasən, Xəzər rayon Məhkəməsinin 2(003)-6254/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra olunması üçün Biləsuvar rayon icra şöbəsinə göndərilmişdir. Tələbin ödənilməsi ilə bağlı tələbkarın ərizəsi əsasında ona məxsus olan VAZ 21061 minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin X13 ünvanladığı xx.xx.2022-ci il tarixli KBD-381 saylı məktubun surətindən görünür ki, xx.xx.2014-cü il tarixli 22-M-1-0-404-14 saylı kredit müqaviləsinə əsasən X10 bank qarşısında heç bir öhdəliyi mövcud deyil. Bununla da müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 2(003)-6254/2015 saylı icra sənədi tam icra edilmişdir. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli 2(003)-5344/2015 saylı icra sənədi üzrə icraata xitam verilmiş, xx.xx.2016-cı il tarixli 2(003)-849/2016 saylı və xx.xx.2017-ci il tarixli 2(003)-3910/2016 saylı icra sənədləri isə icrasız geri qaytarılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)-1926/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)- 2036/2016 saylı və xx.xx.2018-ci il tarixli 8(003)-825/2018 saylı qərardadları ilə X14 məxsus “VAZ 21061” minik markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi borclu X14 məxsus “VAZ 21061” minik markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədləri üzrə icraata xitam verilmiş, digərləri icrasız geri qaytarılmışdır. Bu səbəbdən də göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)- 1926/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)-2036/2016 saylı və xx.xx.2018-ci il tarixli 8(003)-825/2018 saylı qərardadlarına əsasən borclu X14 məxsus “VAZ 21061” minik markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(003)-1064/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)-1926/2016 saylı, xx.xx.2016-cı il tarixli 8(003)- 2036/2016 saylı və xx.xx.2018-ci il tarixli 8(003)-825/2018 saylı qərardadları ləğv edilsin və X14 məxsus “VAZ 21061” minik markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar