Məhkəmə qərarları › İş №8(003)-251/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-251/2024

13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-251/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli, icraata xitam verilməsi haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1969/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinı xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş X1 şikayətini müdafiə etməklə bildirdi ki, o, xx.xx.2023-cü il tarixli akta əsasən ünvan 1 ünvanındaki mənzilə köçürülsə da, faktiki olaraq belə deyil. İcra sənədi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Belə ki, tələbkar göstərilən ünvanda icra məmuru tərəfindən təqdim olunmuş aktı imzalasa da, həmin ünvanda yaşamır. İcra məmuru tərəfindən X1 ünvan 1 ünvanındaki mənzilə köçürülməmiş, ona mənzilin açarları təqdim olunmamış, sənədləri imzaladıqdan sonra icra məmuru ilə birlikdə həmin ünvanı tərk etmişdir. Şikayətin təmin olunmasını məhkəmədən xahiş edildi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü tarixli aktdan görünür ki, Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1969/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X1 ünvan 1 ünvanındaki mənzilə köçürülmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1969/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin tam icra olunması səbəbindən xitam verilmişdir. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 73.4-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli aktda Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1969/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar A.Ə.Sadıxov ünvan 1 ünvanındaki mənzilə köçürülmüş olması göstərilsə də, tələbkar faktiki olaraq həmin ünvanda yaşamır. Belə ki, tələbkar göstərilən ünvanda icra məmuru tərəfindən təqdim olunmuş aktı imzalasa da, həmin ünvanda yaşamır. İcra məmuru tərəfindən X1 ünvan 1 ünvanındaki mənzilə köçürülməmiş, ona mənzilin açarları təqdim olunmamış, sənədləri imzaladıqdan sonra icra məmuru ilə birlikdə həmin ünvanı tərk etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 26, 73.4-cü maddəsini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli, icra sənədinə xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar