Məhkəmə qərarları › İş №8(003)-252/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-252/2024

24.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-252/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 8(003)- 1755/2016 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2076/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 3741,27 məbləğində pul vəsaitı tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 8(003)-1755/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinin tələblərinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-2076/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi Sizdən xahiş olunur. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2076/2016 saylı məhkəmə əmri ilə borclu -xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzə rayonu, Türkan qəsəbəsi, keçid-108, Q.İsmayılov küçəsi, dongə 2, ev 20-də qeydiyyatd olan Borclu 2986,30 manat əsas borc, 734,97 manat faiz borc cəmi 3721,27 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsum ümumilikdə 3741.27 manat (üç min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) tutularaq ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" ASC nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 8(003)-1755/2016 saylı qərardadından görünür ki, Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2076/2016 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Borclu ümumilikdə 3741.27 manat (üç min yeddi yüz qırx bir manat iyirmi yeddi qəpik) tutularaq kreditor "xxxx" ASC nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus olan «VAZ 21074» minik markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 8(003)-1755/2016 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2076/2016 saylı icra sənədinə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 8(003)-1755/2016 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-163, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 8(003)- 1755/2016 saylı qərardadı ilə «VAZ 21074» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar