Məhkəmə qərarları › İş №8(003)-254/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-254/2023

20.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-254/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mübariz Abbasovun iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6312/2015 nömrəli, 27 noyabr 2015-ci il tarixli əmri ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu "xxxx" ASC-nin xeyrinə 1092,88 ABŞ dolları məbləğində əsas borcun, 530,07 ABŞ dolları məbləğində faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-95/2016 nömrəli, 28 yanvar 2016cı il tarixli qərardadına əsasən Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,03 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" ASC xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tədimata uyğun izahat verərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, tələbkar "xxxx" ASC xx.xx.2023cü il tarixli ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6312/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi müvafiq məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin müvafiq məhkəməyə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6312/2015 nömrəli, 27 noyabr 2015-ci il tarixli əmrinə əsasən Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6312/2015 nömrəli, 27 noyabr 2015-ci il tarixli əmrinə əsasən Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar