Məhkəmə qərarları › İş №8(003)-255/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-255/2022

04.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-255/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1 iştirakı ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 290F saylı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1 uşağın saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X4 xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 290F saylı torpaq sahəsi olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkar X9 izahatında bildirmişdir ki, Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra etməkdən yayınır və ona görə də aliment borcu yaranmışdır. Hesab edir ki, vəsatət əsaslıdır və ona görə də təmin olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq əsasən iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X4 xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Əliyeva (Şəfiyeva) Gülzar Rəhim qızı ilə cavabdeh Borclu arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 764 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra anaları-X4 yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X2 Hüseyn Rəsul oğlundan alınaraq anası-X5 verilməsi, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X4 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Borclu alınaraq X5 verildiyi tarixdən hesablanmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X4 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-60/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi mqəsədilə Borclu məxsus olan “VAZ-2105” minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, borclunun adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 290F saylı torpaq sahəsi Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədilə artıq borclunun əmlakının üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq icra məmuru tərəfindən həmin avtomobilin satışından əldə olunacaq məbləğin icra sənədinin icrası üçün yetərli olmaması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədilə Borclu məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 290F saylı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3741/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin yönəldilməsi məqsədilə Borclu məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 290F saylı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar