Məhkəmə qərarları › İş №8(003)-255/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-255/2023

01.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-255/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsinin izah edilməsi barədə Bakı şəhəri Xəzər Rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 107/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 05 iyun 2019-cu il təvəllüdlü X5 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11.00-dan saat 15.00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Ana görüş vaxtı görüş yerində iştirak edə bilər. Qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayon icra şöbəsinin icraatına Bakı şəhəri Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-107/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən X2 05 iyun 2019-cu il təvəllüdlü X5 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11.00-dan saat 15.00-dək ünsiyyətdə olmaq hüququ barədə icra sənədi daxil olmuşdur. Lakin, icra sənədində 05 iyun 2019-cu il təvəllüdlü X5 atası X4 ilə ünsiyyətinin məkanı barədə ziddiyyət yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-107/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində yaranmış ziddiyyətlə əlaqədar olaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü və Azərbaycan Respublikası MPM 231-ci maddələrinə əsasən qeyd olunan icra sənədinin icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Tərəflər qətnamənin izah edilməsi barədə ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarından görünür ki, iddiaçı Bəyəliyev Samir llyas oğlu cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, övladı 05 iyun 2019-cu il təvəllüdlü X5 ilə həftənin şənbə, bazar günləri bütün gün ərzində 24 saat bir yerdə qalıb ünsiyyətdə olmaq hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 05 iyun 2019-cu il təvəllüdlü X5 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11.00-dan saat 15.00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Ana görüş vaxtı görüş yerində iştirak edə bilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Xəzər Rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktına verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qərardadın məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Məhkəmə hesab edir ki, qətnamənin əsaslandırıcı və nəticə hissəsi aydın ifadə olunmuş və izaha ehtiyacı yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə işə təqdim edilmiş sübutlar əsasında iddia tələbi həcmində baxır. İrəli sürülmüş tələb əsasında məhkəmə işə baxaraq iddiaçı X2 xx.xx.2019-cu il təvəllüdlü X5 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə aktında göstərilmiş, lakin aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli olan hər hansı bir ifadələr olarsa, hakim onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qəbul edilmiş Qətnamədə isə hər hansı bir ziddiyyət təşkil edən ifadələr, qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnamənin qət etdi hissəsindən görünür ki, iddiaçı X2 05 iyun 2019-cu il təvəllüdlü X5 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11.00-dan saat 15.00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmiş və ana görüş vaxtı görüş yerində iştirak edə bilməsi qət edilmişdir. Yəni, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qətnamənin izahına zərurət yoxdur və bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsinə izah verilməsi barədə Xəzər Rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-107/2022 saylı qətnaməsinə izah verilməsi barədə Xəzər Rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar