Məhkəmə qərarları › İş №8(003)-255/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-255/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-255/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi məqsədilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə icra sənədinin icraatına xitam verilmişdir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına daxil olan Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Tələbkar ərizəsinin surətindən görünür ki Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ilə razılığa gəlmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Tələbkar ərizəsi əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. İşin araşdırılmış hallarından görünür ki, Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına əsas olmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə əsasən Tələbkar ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki həbsin qalmasına olan zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-281/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “VAZ 21043” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar