Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-26/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 8(003)-26/2023 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 2 fevral 2023-ci il Bakı şəhəri Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan **********81 reyestrli torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 260 ( iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq 01 iyun 2006-cı il təvəllüdlü X3 və 27 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, sürəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan **********81 reyestrli torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc hal-hazırkı vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus **********81 reyestrli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2666/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məxsus **********81 reyestrli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-26/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-26/2023
02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver