Məhkəmə qərarları › İş №8(003)-269/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-269/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-269/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2017-ci il tarixli, icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarından "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Qulam İsmayılzadənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4542 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsinı və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi İ.İsmayılzadə göstərdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4542/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu X1 401,84 manat məbləğində əsas borc, 74,45 manat məbləğində faiz, 95,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 571,55 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru A.Z.Nəcəfov borclu X2 yaşadığı ünvana baxış keçirmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Eyni zamanda, “Elektron icra“ informasiya sistemi vasitəsi ilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilərkən bankın nümayəndəsinin iştirakı təmin edilməmişdir.Şikayətin təmin olunmasını məhkəmədən xahiş edildi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4542/2016 nömrəli xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdeh X1 401,84 manat məbləğində əsas borc, 74,45 manat məbləğində faiz, 95,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 571,55 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Qulam İsmayılzadənin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-4542 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi borclunun tələbi yönləndirmək üçün gəlir və yaxud əmlakının olmaması səbəbi ilə icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Qulam İsmayılzadənin xx.xx.2017-ci il tarixli, icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarı ləğv edilməlidir. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 32.2-ci maddəsinə əsasən hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. Məhkəmə tərəfindən Xəzər Rayon icra şöbəsindən icra işi tələb edilsə də, heç bir nəticə əldə olunmamışdır. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, icra məmuru tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilən zaman tələbkar Bankın nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 32.2-ci maddəsini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Qulam İsmayılzadənin xx.xx.2017-ci il tarixli, icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar