Məhkəmə qərarları › İş №8(003)-27/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-27/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-27/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar borlcu Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-976/2015 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment vəsaitin indeksasiya edilərək, hər uşaq üçün 246 manat, ümumillikdə cavabdeh Borclu 492 manat aliment vəsaitinin onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-976/2015 saylı qətnaməsi ilə, keçmiş həyat yoldaşı ilə nikahı pozulmuş, azyaşlı iki övladı onun himayəmdə saxlanılmış və onların yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 108 manat alimentin ödənilməsi qət edilmişdir. Hazırda tək ana kimi iki uşaq böyütmək kifayət qədər çətindir və 216 manat kifayət etmir. Hazırda uşaqlar üçün yaşayış minimumu 246 maant təşkil edir. Bu səbəbdən məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar və borclu gəlməmiş, lakin tələbkar ərizə ilə müraciət edərək, ərizəsini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, borclu isə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə tələkbar və borclunun iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)- 976/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Tələbkar ilə Borclu arasında 05 iyul 2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 799 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 anası Tələbkar yanında qalması, xx.xx.2015ci il tarixdən başlayaraq 23 mart 2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 108 (yüz səkkiz) manat, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi və iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 219347 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Tələbkar və Borclu nikahları ləğv edilmiş və nikahın ləğvi akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 175 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Tələbkar və Borclu birgə nikahlarından 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Tələbkar ilə Borclu arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikahlarından 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-976/2015 saylı qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 799 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları Tələbkar qızının himayəsində qalmışdır. xx.xx.2016-cı il tarixdən başlayaraq Borclu Tələbkar qızının xeyrinə 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludan alimentin tutularaq Tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2015-ci il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Göründüyü kimi, 2015-ci ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105,0 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanması üçün 108 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,02 (108:105) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)- 976/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Həmçinin, Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 1.2.1-ci bəndində göstərilmişdir ki, 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-976/2015 saylı qətnaməsi ilə Borclu Tələbkar qızının xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. 23 mart 2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-976/2015 saylı qətnaməsi ilə Borclu Tələbkar qızının xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Əkrəm Qəhramanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar