Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-271/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən təqdimatla məhkəməyə müraciət edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan "Nissan Sunny" minik markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4060 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "elektron icra informasiya sistemindən” əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Nissan Sunny" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş icra işindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Borclu 16 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3600 (üç min altı yüz) manat məbləğində borc pul vəsaiti, eləcə də bank kart hesabına köçürülmüş 600 (altı yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 (altımış) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və 04 sentyabr 2023-cü il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi 15 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 15 sentyabr 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada tərəflərə göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, borclunun bank hesabının vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmişdir. Eyni zamanda Xəzər rayon icra şöbəsi tərəfindən Borclu barəsində axtarış barədə qərar icra olunması üçün Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir. Bununla yanaşı iş materiallarında olan borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən "Nissan Sunny" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin tələb icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan "Nissan Sunny" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 231, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1757/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus sedan tipli, ban nömrəsi MDHBBAN17Z0502452 olan "Nissan Sunny" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Borclu məxsus sedan tipli, ban nömrəsi MDHBBAN17Z0502452 olan "Nissan Sunny" minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(003)-271/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-271/2023
23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver