Məhkəmə qərarları › İş №8(003)-273/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-273/2024

26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-273/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli, icra sənədinə xitam verilməsi haqqında qərarından "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-2467/2017-003 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi İ.İsmayılzadə şikayətini müdafiə etməklə bildirdi ki, borc tələbi üzrə 826,29 manat hələ də ödənməmişdir. İcra sənədi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru X5 borclu X3 əməkhaqqısından tutulan 825,50 manat ödənişi əsas gətirərək icra sənədinə xitam vermişdir. Borc tələbinin tam ödənməsinə dair sübut xx.xx.2023-cü il tarixli qərara daxil edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X2 və X4 birgə qaydada 1.493,75 manat məbləğində əsas borc, 138,04 manat məbləğində faiz borcu, cəmi 1.631,79 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-2467/2017-003 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə cavabdehlər tərəfindən borcun tam təmin olunması səbəb ilə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməlidir. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 32.2-ci maddəsinə əsasən hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə tərəfindən Xəzər Rayon icra şöbəsindən icra işi tələb edilsə də, heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, cavabdeh X3 əməkhaqqısından tutulan 825,50 manat borcun tamını əhatə etmir. Belə ki, borc tələbi üzrə 826,29 manat hələ də ödənməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü tarixli qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında“ Azərbaycan Respublikasının qanununun 32.2, 20.1.5-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli, icra sənədinə xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar