Məhkəmə qərarları › İş №8(003)-276/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-276/2022

25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-276/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Borclular Borclu1, Borclu2 və Borclu3 məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-326/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2045/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular - Borclu1 məxsus olan "Zil 431410" yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus "Mercedes E220D" minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21214" minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, Borclu3 məxsus “VAZ 2106" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, borclulara məxsus avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2045/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2045/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" QSC-nin xeyrinə cəmi 17470,79 ABŞ dolları məbləğində borc ödəniş gününün Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Borclu1, X1, Borclu2 və Borclu3 birgə qaydada tutulmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar "xxxx" QSC-nin icraata xitam verilməsi barədə məktubu əsasında icra sənədi üzrə borcun ödənilməsi müəyyən edilməklə icra məmuru Yaqub Qafarov tərəfindən “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2045/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkara olan borc ödənilməklə borclulara məxsus avtomobil üzərinə qoyulmuş həbsin qalmasına olan zərurət aradan qalxdığından, eyni zamanda icra sənədi üzrə icraata xitam verildiyindən təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-326/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclular - Borclu1 məxsus olan "Zil 431410" yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus "Mercedes E220D" minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21214" minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, Borclu3 məxsus “VAZ 2106" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-326/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borclular - Borclu1 məxsus olan "Zil 431410" yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, Borclu2 məxsus "Mercedes E220D" minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21214" minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, Borclu3 məxsus “VAZ 2106" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar