Məhkəmə qərarları › İş №8(003)-276/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-276/2023

08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-276/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sair oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Təqdimat vermiş şəxsin nümayəndəsi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2015 nömrəli, 13 aprel 2015-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2015 nömrəli, 13 aprel 2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Borclu Rəsul oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat alimentin Borclu X2 xeyrinə tutulması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat alimentin Borclu X2 xeyrinə tutulması, Borclu dövlət nəfinə 30 manat dövlət rüsumunun tutulması qət eidlmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən xx.xx.2015-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul eidlmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildiirşlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Təqdimat vermiş şəxsin nümayəndəsi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tədimata uyğun izahat verərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin borclu məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərardan görünür ki, Borclu məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılmış məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2015 nömrəli, 13 aprel 2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar