Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-278/2025 08.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Tələbkar iştirakı ilə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2 rayon Məhkəməsinin 2(003)-58/2025-028 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 xeyrinə sonrakı artımlar nəzər alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixində Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi dərhal könüllü təmin edilməsi qeyd edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Təqdimatın təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən Tələbkar göstərdi ki, borclu alimenti ödəmir. Təqdimatın təmin olunmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və borclu heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-58/2025- 028 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 xeyrinə sonrakı artımlar nəzər alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra sənədində olan tələbin dərhal könüllü təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsində xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, onun Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi barədə xəbəri var. İşsiz olduğu və imkanı olmadığı üçün heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə olunan Xəzər rayon İcra şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki. Borcludan xx.xx.2025-ci il tarixdə Xəzər rayon İcra şöbəsinə şəxsiyyətini təsdiq edən sənədlə birgə gəlməsi və icra sənədi üzrə tələbin təmin edilməsi tələb olunmuşdur. Əks halda borclunun məcburi gətirilməsi və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsini, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Xəzər rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-58/2025-028 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-278/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-278/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver