Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-279/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tələbkar Seyid-zadə Rauf Nağı oğlunun iştirakı ilə, X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X4 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunsun və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsinin icra üsulunu və qaydasının dəyişdirilərək, Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X4 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunsun və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılması əvəzində tələbkar Seyid-zadə Rauf Nağı oğluna X2 tərəfindən 6000 manat kompensasiya ödəməklə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar R.N.Seyid-zadə ərizənin təmin edilməməsini xahiş etdi və etirazına uyğun izahat verərək göstərdi ki, 2(003)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Xəzər rayonu icra sənədinə əsasən iddiaçı olaraq onun mülkiyyətində olan Bakı şəhəri, bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X3 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. İcra sənədi Xəzər rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır və borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2020-ci il tarixdən indiyədək qətnamənin icrası qəsdən yubadılır, qətnamə qəsdən icra edilmir. Dəfələrlə etdiyi müraciətlər də heç bir nəticə vermir. Qətnamə mərkəzi magistral yolun üzərində qanunsuz tikilmiş marketin bir hissəsinin sökülməsini ehtiva edir. Onun cavabdehlərdən hər hansı bir kompensasiya tələbi yoxdur, yeganə tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsidir. Dəfələrlə borclu şəxs X5 və ona yaxın olan şəxslər ona təzyiqlər etmiş, bağ sahəsindəki evi talamış, orada yanğın törətmişlər. Bütün bu özbaşınalığın yeganə səbəbi dövlət adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi, icrasına maneələr yaradılmasıdır. Məhkəmə mübahisəsinin predmeti kompensasiya və ya hər hansı bir pul tələbi deyildir, məhkəmə mübahisəsinin predmeti ona maneə yaradan və bununla da hüquqlarını pozan qanunsuz tikililərin sökülməsi, cavabdehlər dağıdılmış ona məxsus bağın bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmasıdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 nömrəli, xx.xx.2020- ci il tarixli Qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi (icra sənədi üzrə borclu) X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib ərizənin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqeyini ifadə edərək qeyd etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımı dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, X4 qətnamənin icra üsulunun dəyişdirilərək pul əvəzi kimi kompensasiya təklif etməsi qətnamənin səmərəli icrasını təmin etməyə xidmət etmir və ümumiyyətlə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi hesab edilə bilməz, belə ki həmin tələb ayrıca iddia icraatı qaydasında baxılacaq müstəqil tələbdir. Bu səbəbdnə də X1 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-279/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-279/2023
22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver