Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-280/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-98/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-98/2021 saylı qətnaməsi ilə cavabdeh X3 4000 manat mebel pulu, 3500 manat qızıl-zinət əşyalarının dəyəri və “KİA PRİDE” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin satış qiymətinin (11500 manata başqasına satıb) ½ hissəsi 5750 manat pulu ümumilikdə 13250 manat pulun cavabdeh X3 alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2(103)2719/2022 nömrəli qətnaməsi ilə iddiaçı Muxtarova (Balakişiyeva) Pərvanə Elçin qızının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)-98/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, onun apellyasiya şikayəti qismən təmin edilərək “məndən 4000 manat mebel pulu alınaraq iddiaçı X5 verilməsi” hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin mübahisələndirdiyi qətnamə “KİA Pride” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin satış qiymətinin (11500 manata başqasına satıb) ½ hissəsi 5750 manat pulun ondan alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmiş, ondan “KİA Pride” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin satış qiymətinin (11000 manat) ½ hissəsinin, yəni 5500 manat pulun alınaraq iddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə icra sənədi 09 avqust 2023-cü il tarixində verilmişdir. Tələblə bağlı bildirir ki, borcu ödəməkdən yayınmır və heç vaxt belə niyyəti olmayıb. Lakin hal-hazırda borcu birdəfəlik ödəmə imkanları olduqca məhduddur. O, hal-hazırda Competo MMC ilə fərdi sahibkarlıqla məşquldur, subaydır və ayda 700 manat gəlir əldə edir. Hesab edir ki, özünün yaşamağı üçün minimum yaşayış üçün xərcini çıxmaqla borcunu hissə-hissə ödəyə bilər. Ona görə də bu barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)-98/2021 nömrəli qətnaməsinin (xx.xx.2022-ci il tarixli, 2(003)-98/2021 saylı icra vərəqəsinin) hissə-hissə icra olunması, tələbkar X6 olan 5500 (beş min beş yüz) manat məbləğindəborcun hər ay 300 (üç yüz) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borcun hissə-hissə ödənilməsi barədə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcundan ödənişlər barədə sənəd təqdim edilmədiyindən, həmçinin borclu tərəfindən borcun hisshissə icra edilməsi barədə ərizəsində qeyri-müəyyən müddətdə ödənilməsi, icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-98/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-280/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-280/2023
23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver