Məhkəmə qərarları › İş №8(003)-282/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-282/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-282/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə Borclu1 iştirakı ilə, Tələbkar borclular Borclu1 və Borclu2 qarşı (Maraqlı şəxs1, Xaçmaz rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla) ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Tələbkar borclular Borclu1 və Borclu2 qarşı (Maraqlı şəxs1, Xaçmaz rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla) ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas *8* manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 202*-ci ilin aprel ayınadək 202,2 faiz artımı (*8* AZN x 202,1%= 1182,87 AZN) nəzərə alaraq, cəmi 17*7,87 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu1 Borclu2 cəmi *8* manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə qərarı qanuni qüvvəsini almasına və icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məbləği zamanında ödəsəydilər, tələbkar həmin pulu başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclular həmin məbləği vaxtında geri qaytarmadığından tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 1*98 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zəruridir.

Məhkəmə icraatı iştirakçılarını izahatı:

3. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Tələbkar məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Borclu1 ərizəyə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. O, izahatında məhkəmə əmri ilə ondan tutulan pul məlbəğini hələ 201*-cı ildə tam şəkildə ödədiyini, heç bir borcunun olmadığını, icraata xitam verildiyini bildirmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir.

5. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nə tələbkar, nə maraqlı şəxslər, nə də digər Borclu2 məhkəmə iclasına gəlməmişdir və gəlməməklərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Onların gəlməməsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-1**4/2014 saylı əmrinəin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1988-ci il təvəllüdlü Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan Borclu2 müştərək qaydada **4 (beş yüz altmış dörd) manat əsas borc, 21 (iyirmi bir) manat dövlət rüsumu tutulması əmr edilmişdir.

7. Ərizəyə əlavə olunmuş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator çıxarışına əsasən, 202*-ci ildə aprel ayında 2014-ci ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 200.2 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır.

8. Məhkəmə iclasında borclu tərəfindən məhkəməyə təqdim edilmiş Tələbkar tərəfindən Maraqlı şəxs1nə ünvanlanan 07.01.201*-cı il tarixli ərizənin surətindən görünür ki, tələbkar borclular Borclu1 və Borclu2 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ona olan borclarından heç birinin qaytarmadığını, icra sənədi üzrə 4*2 AZN pul ödədiklərini qeyd etmişdir.

9. Məhkəmə iclasında borclu tərəfindən məhkəməyə təqdim edilmiş Maraqlı şəxs1 tərəfindən Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovaya ünvanlanmış 03.03.201*-cı il tarixli, 3*11/7B nömrəli məktubun surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri icra olunmuş halda məhkəməyə geri qaytarılmışdır. Məktubda qeyd edilir ki, icra işinə əlavə edilmiş qəbzdən göründüyü kimi məhkəmə əmri tam icra olunmuşdur. Qoşma: məhkəmə əmri, qəbzin surəti.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

10. *0-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

12. 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

13. *-cı maddəsinə əsasən, məhkəmələrin qərarları, əmrləri icra sənədi sayılır.

14. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün ... müddət təyin edir və bu barədə borcluya bildiriş verir.

15. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

16. 12.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”):

17. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

22. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.

24. Belə ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmənin qəbul etdiyi aktların icrası məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməklə, bu barədə borcluya bildiriş verməli, habelə icraata başlamaq haqqında qərarın surətini qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərməlidir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər.

25. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh ediləsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı; “İcra haqqında” AR Qanununun 1, 10, 24 və 2*-cı maddələrinin şərh ediləsinə dair” 02.09.201*-ci il tarixli Qərarı və s.)

26. Habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 232-ci maddəsi ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası məhz məhkəmənin qəbul etdiyi aktların səmərəli icrasını təmin etmək məqsədi daşıyır. Bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. (“Azərbaycan Respublikası Konstitusiyasının *0 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17.0*.202*-ci il tarixli Qərarı.)

27. Yuxarıda qeyd olunan normaların tələbindən və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, indeksasiyanın məqsədi qüvvədə olan məhkəmə aktının icra edilməməsi nəticəsində məhkəmə akt ilə tutulmalı olan pulun dəyərində yaranmış azalmanı ədalət mühakiməsi çərçivəsində kompensasiya etməkdir, yoxsa, borcun gecikdirilməsindən istifadə edilərək zərərçəkmiş şəxsi zənginləşdirmək deyil. Əks yanaşma, qanunvericiliyin məqsəd və vəzifələrinə ziddir. Bu baxımdan, MPM-in 232-ci maddəsi çərçivəsində ödənilməli pul məbləğinin indeksasiya edilə bilməsi üçün qüvvədə olan bir məhkəmə aktı olmalı, həmin akt borclu tərəfindən icra edilməmiş və ya icrası gecikdirilmiş olmalı və pul alıcılıq qabiliyyətini (dəyərini) itirmiş olmalıdır (inflyasiyaya məruz qalmalıdır).

28. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu1 və Borclu2 cəmi *8* manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Ərizəçi Tələbkar 07.01.201*-cı il tarixli ərizə ilə Maraqlı şəxs1nə müraciət edərək 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 bir tərəfdən “ona olan borclarından heç birini qaytarmadığını”, digər tərfədən isə “icra sənədi üzrə 4*2 AZN pul ödədiklərini” qeyd etmişdir. Maraqlı şəxs1 03.03.201*-cı il tarixli, 3*11/7B nömrəli məktubunda isə bildirilir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1**4/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri icra olunmuş halda məhkəməyə geri qaytarılır (qoşma: qəbzin surəti). Göründüyü kimi, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən indeksasiyası istənilən pul məbləğinin tutulduğu məhkəmə əmrinin hələ 201*-cı ildə icra edildiyi müəyyən edilir. Ərizəçi isə həmin məhkəmə aktının icra olunmadığını bildirərək (halbuki 07.01.201*-cı il məktubunda bunun əksinə olaraq borcun ödənildiyini bildimişdir), sübut qismində sadəcə məhkəmə əmrinin surətini və istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator məlumatı təqdim etmişdir. Bununla bağlı məhkəmə ərizəçinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, tələbkarın bir tərəfdən 201*-cı ildə borcun bir hissəsinin (*8* manat borcun 4*2 manatının) ödənildiyi barədə icra şöbəsinə məktub ünvanlaması, digər tərəfdən isə hazırda borcun ümumiyyətlə ödənilmədiyini qeyd etməsi bir-biri ilə ziddiyət təşkil edir. Eləcə də icra şöbəsi tərəfindən məhkəmə aktı icra olunduğu üçün hələ 201*-cı ildə icraata xitam verildiyi və həmin qərar qüvvədə olduğu halda, həmin əmrin icra olunmadığını sübut etmək vəzifəsi tələbkarın üzərinə düşür və belə bir sübut olduğu halda da əvvəlcə həmin qərar mübahisələndirilməlidir. Halbuki tələbkar məhkəməyə sadəcə məhkəmə əmrinin surətini və kalkulyator məlumatı təqdim etmişdir ki, bunlar da məhkəmə aktının icra edilmədiyini təsdiq edəcək sübut hesab edilə bilməz.

29. Məhkəmə qeyd edir ki, bu tələblərlə bağlı qanunvericilikdə hər hansı xüsusi sübutetmə qaydası müəyyən edilmədiyindən, ümumi sübutetmə qaydası tətbiq olunur. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə mindiyi gündən ərizə ilə məhkəməyə müraciət edildiyi günə kimi pul məbləğinin ödənilmədiyi ərizəçi tərəfindən sübuta yetirilməlidir. Bu da mümkün, mötəbər və kifayətedici sübutetmə vasitələri ilə təsdiq edilməlidir. İş üçün əhəmiyyət kəsb edən həmin halların sübuta yetirilməməsi isə ərizənin (tələbin) təmin edilməməsi üçün əsas hesab olunur. Çünki məhkəmə mülahizə, ehtimal, fərziyyə əsasında və ya ağlabatan həddə deyil, yalnız müvafiq təsdiqedici sübutlar əsasında qərar qəbul etməlidir.

30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, iş üçün əhəmiyyətli halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması üçün əhəmiyyət daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaət mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iş üçün əhəmiyyətli olan hallarla bağlı məhkəməyə heç bir əsaslı, mümkün və mötəbər sübut təqdim edilmədiyindən (eləcə də məhkəmə iclasında iştirak etməyərək, bu halları sübut etmədiyindən) və məhkəmə araşdırması ilə də həmin halları təsdiq edən sübut müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 2*3-2*4 və 2*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı

Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar