Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-285/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2331/2017 saylı icra vərəqəsi üzrə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-108/2022 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2331/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X4, X1, Borclu, X3 və X2 müştərək qaydadad cəmi 20353,16 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaklara yönəldilməsi məqsədi ilə Xəzər Rayon Məhkəməsinin 8(003)108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-NX-*** və “VAZ 21074” minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" QSC-nin xx.xx.2023-ci il tarixli məktubuna əsasən 23.1.1-ci maddəsinə əsasən icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus olan “VAZ 21074"minik markalı, **-NX-*** və “VAZ 21074” minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş olunmuşdur. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2331/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdehlər X7, X5, Borclu, X6 və X2 müştərək qaydada 17.680,56 ABŞ dolları məbləğində əsas borc, 2.572,60 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə ümumilikdə 20.353,16 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfi ndən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-108/2022 saylı qərardadından görünür ki, Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, Azərbaycan Respublikası qanununun 23.1.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-2331/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2331/2017 saylı icra sənədinə əsasən cavabdehlər X7, X5, Borclu, X6 və X2 müştərək qaydada ümumilikdə 20.353,16 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfi ndən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus olan «VAZ 21074» minik markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-108/2022 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İcra Şöbəsinə müraciət edərək, Azərbaycan Respublikası qanununun 23.1.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-2331/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-108/2022 saylı qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-163, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-108/2022 saylı qərardadı ilə «VAZ 21074» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «VAZ 21074» minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-285/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-285/2023
23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver