Məhkəmə qərarları › İş №8(003)-286/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-286/2023

08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-286/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2331/2017 nömrəli, 27 aprel 2017ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Borclu, X3, X4, X10 oölu və X1 müştərək qaydada 17680,56 ABŞ dolları məbləğində əsas borcun, 2572,60 ABŞ dolları məbləğində faiz borcunun, 100 ABŞ dolları məbləğində cərimə borcunun, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə ümumilikdə 20353,16 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu – xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş Borclu məxsus olan “QAZ 24” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və “X11” mikroavtobus markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “QAZ 24” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və “X11” mikroavtobus markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubla icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" QSC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanlanmış məktubundan görünür ki, icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi müvafiq məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin müvafiq məhkəməyə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “QAZ 24” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və “X11” mikroavtobus markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “QAZ 24” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və “X11” mikroavtobus markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar