Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-287/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Borclu əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov təqdimat ilə məhkəməyə müraciət edərək Borclu məxsus “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-224/2024 nömrəli qərardadı ilə e-2(003)-728/2024 nömrəli , xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda Borclu xx.xx.2024-cü il tarixli, 9080***-*******1 saylı müqavilə üzrə bank qarşısında öhdəliyini tam icra etmişdir.Bu səbəbdən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsi və Borclu iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC xx.xx.2024-cü il tarixli, 02/489 saylı məktubunda qeyd etmişdir ki, Borclu xx.xx.2021-ci il tarixli, 9080***-*******01 saylı kredit müqaviləsi üzrə borcunu tam ödəmiş və bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası MPM 162-ci maddəsinə əsasən “müvəqqəti təminat tədbiri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştrak edən şəxslərin... ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər”. Məhkəmə hesab edir ki, banka olan borc tam ödənildiyinə görə “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulan həbs ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 162, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-224/2024 nömrəli qərardadı ləğv edilsin və “Hyundai İ30” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulan həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-287/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-287/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver