Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-288/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Borclu Səməd-X9 və onun nümayəndəsi və vəkili Nümayəndə iştiakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 04 may 2022-ci il tarixli icraata başlama haqqında qərarından Səməd-X9 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X12 qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata başlamaq haqqında 04 may 2022-ci il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)2150/2012-ci il tarixli xx.xx.2012-ci il tarixli icra vərəqəsinə və Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 2312Q nömrəli sifariş məktubuna əsasən (icra məmuru Yaqub Qafarov), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 190000 (yüz doxsan min) manat olmaqla hərraca çıxarılacağı və 29 sentyabr 2022-ci il tarixində saat 11:00-da açıq hərrac keçiriləcəyi barədə bildiriş göndərmişdir. Ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və ipoteka predmeti olan evin açıq hərraca çıxarılmasından o bildirişi aldıqdan sonra xəbər tutmuşdur. Məhkəmənin qətnaməsinə əsasən kredit borcunun ödənilməsi ipoteka predmeti olan ona məxsus evə yönəldilmiş, 8 il bundan əvvəl ilkin satış qiyməti 190000 manat müəyyən edilməklə, ev açıq hərraca çıxarılmış, bu barədə ona xəbər verilməmiş, açıq hərracdan son qiymət olaraq 121125 manata "xxxx" ASC-yə satılmışdır. Hərrac qanunun tələblərinin pozulması ilə keçirildiyindən hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və ev onun mülkiyyətinə qaytarılmışdır. Bundan sonra həmin evə dair onun adına xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. O, evin yenidən hərraca çıxarılması ilə bağlı 2012-ci ildə ilkin satış qiymətinin 190000 mant müəyyən edilməsi ilə razı olmadığını və hal-hazırda evin dəyərinin daha yüksək olmasını, daşınmaz əmlakın bazarında qiymətlərin yüksək olmasının nəzərə alınması və evin yenidən qiymətləndirilməsi barədə ərizə ilə Xəzər rayon İcra şöbəsinə müraciət etmişdir. Xəzər rayon İcra Şöbəsi onun ərizəsinə xx.xx.2022-ci il tarixli 12203 12Q saylı məktubla cavab verərək bildirmişdir ki, İpoteka predmetinin ilkin satış qiyməti 190000 manat müəyyən edilməklə ev açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 195652,92 manat məbləğində borcun "xxxx" ASC-yə ödənilməsi təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon İcra şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədində ipoteka predmeti olan X12 qızına məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi döngə 2, 6 saylı evin ilkin satış qiyməti 190000 manat müəyyən edilmişdir. İcra sənədində əmlakın ilkin satış qiyməti müəyyən edildiyi üçün yenidən qiymətləndirilməsi mümkün deyildir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilir. Lakin həmin tarixdə də (xx.xx.2022) ona xəbər verilmədən ev açıq hərracdan satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. Bu barədə o, hərracı keçirən təşkilatdan bildiriş aldıqdan sonra xəbər tutmuşdur. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən yenidən onun hüquqları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon icra şöbəsinə daxil olmuş və icra şöbəsinin onun ərizəsinə cavabında göstərdiyi kimi həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin həmin icraata başlamaq haqqında qərar ona göndərilməmişdir. O, həmin qərarın ona göndərilməsinin təmin edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizədə göstərmişdir ki, bu icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın ona göndərilməməsi onun həmin qərardan şikayət vermək hüququnu pozur. Xahiş etmişdir ki, ipoteka predmeti olan evin açıq hərracdan satılması üçün hərraca göndərilməsi barədə sənədlər geri tələb edilsin və bu işlə bağlı icraata başlamaq haqqında qərarın ona göndərilməsi təmin edilsin. Lakin bu günə kimi icra sənədi üzrə icraata başlamaq haqqında qərar ona təqdim edilməmişdir. Xəzər rayonu İcra şöbəsinin icra məmuru Azərbaycan Respublikası İcra Haqqında (Qanunun 8.2-ci maddəsinə əsasən İcraata başlandıqdan sonra tərəflərə bu barədə bildiriş göndərir və işin icrası üçün 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir və 8.5-ci maddəsinə əsasən 10 gün ərzində icraata başlamaq haqqında qərardan şikayət vermək hüququ izah edilir. Lakin icra məmuru icraata başlamaq haqqında qərarı ona göndərməməklə onun həmin ev üzərində mülkiyyət hüququnu pozmuşdur. O təyin olunmuş ilkin satış qiyməti ilə razı olmadığı barədə icra şöbəsinə müraciət edərək, yenidən qiymətləndirilmə keçirilməsini xahiş etmişdir. Hesab edir ki, iş üzrə Bakı şəhəri, Xəzər rayon icra məmuru Yaqub Qafarovun icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və hərracın dayandırılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında borclu X12 qızı və onun nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Şikayətə baxılması barədə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkarın və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayət ərəzəsinə tələbkarın və icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-189/2012 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh X8 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış 47 saylı 16 aprel 2010-cü il tarixli kredit müqaviləsi ləğv edilməsi, cavabdeh X11 qızı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 47 saylı 16 aprel 2010-cu il tarixli ipoteka müqaviləsi etibarlı hesab edilsin. Cavabdehlər X3, X1 28 noyabr 2011-ci il tarixinə əsas kredit borcu üzrə 169994, 64 manat, faiz borcu üzrə 24718,28 manat, dəbbə pulu borcu üzrə 1000 manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi olaraq 195652,92 (bir yüz doxsan beş min altı yüz əlli iki manat doxsan iki) manat borc ödənilməsi, həmin borcun ipoteka predmeti olan cavabdeh Səməd-X9 müliyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2-də istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 m2, 435.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 190000 (yüz doxsan min) mana müəyyən edilməklə, ev açıq hərracda satılması, evin açıq hərracdan satışı nəticəsində əldə olunmuş vəsait hesabına 195652,92 (bir yüz doxsan beş min altı yüz əlli iki doxsan iki) manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin təmin edilməsi, İpoteka qoyulmuş Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu, Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2-də istifadədə olan 007018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m, 435.6 kv.m. köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evindən Səməd-X9, X5, X4 istifadə hüququna xitam verilməsi, tutma yönəldilmiş yaşayış evi satıldıqda, onların ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)- 189/2012 nömrəli qətnamənin surətindən görünür ki, mülki işin materiallarına əlavə edilmiş Xəzər rayonu Buzovna qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olmuşdur ki, Bakı şəhəri Buzovna qəsəbəsi Eyvaz Heydərov (keçmiş Kominnist) küçəsi, döngə 2, 6 saylı evdə oğlu X10, həyat yoldaşı X7, arvadı X12 qızı qeydiyyatdaırlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-189/2012 nömrəli qətnaməsi Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu, Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2də istifadədə olan 007018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m, 435.6 kv.m. köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evindən Səməd-X9, X5, X4 istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X8 və X1 195652.92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), X2 xeyrinə ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 190000 manat müəyyən edilməklə, ev açıq hərracda satılsın, evin açıq hərracdan satışı nəticəsində əldə olunan vəsait hesabına 195652,92 manat məbləğində borcun "xxxx" ASC-yə ödənilməsi təmin edilməlidir. Tutma yönəldilmiş yaşayış evi satıldıqda, onların ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. İddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş 17 manat məbləğində dövlət rüsumu cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildiriş birgə borclulardan olan X6 xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-189/2012 nömrəli qətnaməsi ilə cavabdeh X8 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış 47 saylı 16 aprel 2010-cü il tarixli kredit müqaviləsi ləğv edilməsi, cavabdeh X11 qızı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 47 saylı 16 aprel 2010-cu il tarixli ipoteka müqaviləsi etibarlı hesab edilsin. Cavabdehlər X3, X1 28 noyabr 2011-ci il tarixinə əsas kredit borcu üzrə 169994, 64 manat, faiz borcu üzrə 24718,28 manat, dəbbə pulu borcu üzrə 1000 manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi olaraq 195652,92 (bir yüz doxsan beş min altı yüz əlli iki manat doxsan iki) manat borc ödənilməsi, həmin borcun ipoteka predmeti olan cavabdeh Səməd-X9 müliyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2-də istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 m2, 435.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 190000 (yüz doxsan min) mana müəyyən edilməklə, ev açıq hərracda satılması, evin açıq hərracdan satışı nəticəsində əldə olunmuş vəsait hesabına 195652,92 (bir yüz doxsan beş min altı yüz əlli iki doxsan iki) manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin təmin edilməsi, İpoteka qoyulmuş Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu, Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2-də istifadədə olan 007018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m, 435.6 kv.m. köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evindən Səməd-X9, X5, X4 istifadə hüququna xitam verilməsi, tutma yönəldilmiş yaşayış evi satıldıqda, onların ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2150/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-189/2012 nömrəli qətnaməsi Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayonu, Buzovna qəsəbəsi, Eyvaz Heydərov (keçmiş Kommunist) küçəsi, döngə 2-də istifadədə olan 007018 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m, 435.6 kv.m. köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evindən Səməd-X9, X5, X4 istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2150/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 419-cu maddəsinə əsasən kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Həmçinin “İcra Haqqında” Qanunun 8.1 və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Göründüyü kimi mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün qanunvericilklə müəyyən edilmiş müddətdə icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən isə qanunvericiliyin tələblərinə uyğun olaraq, prosessual hərəkətlər həyata keçirilmiş, yəni icraata başlama haqqında qərar qəbul edilmişdir. Hazırkı qərarın qəbul edilməsi maraqlı şəxslərin hüquqi vəziyyətində dəyişikliyə səbəb olmamışıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... Qeyd etmək lazımdır ki, icra məmurunun icra sənədi üzrə «İcra haqqında» Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icraya yönəlmiş hərəkətləri maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından faktiki xarakterli hərəkətlər kimi də qiymətləndirilə bilər. ” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icraata başlama haqqında qərar icra məmurunun icra tədbirlərinin başlanılması ilə bağlı prosessual hərəkət olduğundan və hazırkı halda maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şikayətin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satışı ilə əlaqədar hərracın dayandırılması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, şikayət təmin edilə bilməz. Belə ki, “İcra Haqqında” Qanunun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmçinin “İcra Haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması halları müəyyən edilmiş və qeyd edilən normanın tələblərinə uyğun olaraq icra sənədi üzrə icraatın dayandırılması məhz icra məmurunun vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən əsaslar mövcuddursa icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı aidiyyəti üzrə icra şöbəsinə müraciət edilməli və müraciətin nəticəsi olaraq icra məmurunun hərəkət və ya (hərəkətsizliyi) ilə bağlı inziabti məhkəməyə şikayət verilə bilər. Belə ki, “İcra Haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Səməd-X9 Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata başlamaq haqqında 04 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satışı ilə əlaqədar hərracın dayandırılması barədə şikayət ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Səməd-X9 Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata başlamaq haqqında 04 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satışı ilə əlaqədar hərracın dayandırılması barədə şikayəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-288/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-288/2022
06.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver