Məhkəmə qərarları › İş №8(003)-289/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-289/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-289/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1701/2015 nömrəli, xx.xx.2015-ci il tarixlı icra sənədinə əsasən cavabdeh TAĞİYEV FƏRHAD FƏRMAN oğlundan 608 (altı yüz səkkiz) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borc, 331 (üç yüz otuz bir) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1069 (bir min altmış doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb Borclu aldığı, girov predmeti olan «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışı, WDB2201751A020328 ban, **********4948 mühərrik nömrəli, gümüşü parlaq metal rəngli avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Satışdan əldə olunan vəsait yetərli olmadıqda borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. İcra sənədi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu TAĞİYEV FƏRHAD FƏRMAN oğunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatının çıxarışına əsasən borclu TAĞİYEV FƏRHAD FƏRMANOĞLuna məxsus olan «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nömrəli avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab olunmuşdur ki, məcburi icra tedbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və İcra haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borclu TAĞİYEV FƏRHAD FƏRMAN oğluna məxsus olan daşınar əmlakların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin və tələbkarın nümayəndələri, o cümlədən borlu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 4, mənzil 137-də yaşayan Borclu 608 (altı yüz səkkiz) manat 59(əlli doqquz) qəpik məbləğində əsas borc, 331 (üç yüz otuz bir) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1069 (bir min altmış doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb Borclu aldığı, girov predmeti olan «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışı, WDB2201751A020328 ban, **********4948 mühərrik nömrəli, gümüşü parlaq metal rəngli avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Satışdan əldə olunan vəsait yetərli olmadıqda borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərar və könüllü icra ilə bağlı bildiriş Borclu təqdim edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-45.3, 45.5-45.6-cı maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşdən müəyyən edilir ki, borcluya könüllü icra barədə bildiriş göndərilsə də, icra sənədi icrasız qalmışdır. Eyni zamanda icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olması aşkar edilməmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyatdan keçmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1701/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin təmini ilə bağlı borclunun avtomobilinin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 4, mənzil 137-də yaşayan Borclu məxsus olan «Daimler Benz S 500» minik markalı, **-LM-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar