Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-29/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu məxsus “VAZ 21051” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1980/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2600 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21051” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında X2 ifadəsində göstərdi ki, Borclu ona olan borcun əksər hissəsini ödəmişdir. Hal-hazırda Borclu ona 108 manat borcu qaldığını bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, o cümlədən borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1980/2020- 013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu X1 xeyrinə cəmi 2600 manat məbləğində pul tutulmalıdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 2(003)- 1980/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmiş və o, bildirişi xx.xx.2021-ci il tarixdə əlbə əl almışdır. İş materiallarına əlavə olunmuş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “VAZ 21051” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. X2 tərəfindən məhkəmədə təqdim edilmiş ərizədən aydın olur ki, icra sənədi üzrə ona cəmi 108 manat borc qalmışdır. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İşin hallarından görünür ki, icra məmurunun təqdimatında Borclu X1 xeyrinə 2600 manat məbləğində pul tutulmalı olduğu qeyd edilmişdir. Lakin, tələbkarın məhkəmə iclasında verdiyi ifadə və ərizəsindən məlum olur ki, borclunun ona sadəcə 108 manat məbləğində borcu qalmışdır. Həmçinin məhkəmə hesab edir ki, hal-hazırda mövcud olan borcun məbləği özgəninkiləşdirilməsinə qadağa qoyulması istənilən əmlakın qiymətinə mütənasib deyildir və həmin borcun ödənilməsini təmin etmək üçün borclunun əmlakının özgəninkiləşdirilməsinə qadağa qoyulması zərurəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun təqdimatı əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu məxsus “VAZ 21051” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-29/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-29/2023
08.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver