Məhkəmə qərarları › İş №8(003)-29/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-29/2025

22.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-29/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Tələbkar Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 2963/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq və dəyişdirilərək ərizə ilə müraciət etdiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulması haqqında müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Borclu ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2963/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, həmin nikahdan olan uşaqların onun yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Keçən vaxt ərzində uşaqlar böyümüş və tələbatları artmışdır. Qızı Firəngiz yetkinlik yaşına çatmışdır və aliment almır. Fatimə isə böyümüş və məktəb və digər xərcləri artmışdır. Bundan başqa, mövcud inflyasiyanı da nəzərə alsaq, 150,0 manat aliment uşağın heç bir tələbatını ödəmir. 2025-ci il üçün yaşayış minimum da 246,0 manatdır. Bundan başqa, ailə mübahisələrinə dair Ali Məhkəmə tərəfindən qəbul edilmiş plenum qərarına əsasən, artıq sabit məbləğdə tutulmuş aliment məbləği minimum əmək haqqının müəyyən misli məbləğində hesablanmalıdır. Odur ki, alimentin artırılması, həmçinin aliment məbləğinin minimum əmək haqqının məbləğinin müəyyən misli həddində müəyyən edilməklə yeni qaydalara uyğunlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Borclu alimenti vaxtında ödəyir, borcu yoxdur. Məhkəmə iclasında iştirak edən Borclu iddianı qəbul etmədi, izahatında göstərdi ki, aliment məbləğinin artırılmasına razı deyil, maddi imkanı yoxdur artıq məbləğ ödəməyə. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2963/2021 saylı qətnaməsinə əsasən X6 ilə Borclu arasında 23 iyun 2012-c il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 769 №-lı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 06 iyul 2006-cı il təvəllüdlü X5 və 06 iyul 2012-ci il təvəllüdlü X7 anası X2 yanında qalması, Borclu X2 xeyrinə, 06 iyul 2006-cı il təvəllüdlü X5 və 06 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 iyun 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alıment tutulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, 06 iyul 2012-ci il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşdur. Onun atası Borclu, anası X4r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X6 arasında olan olan rəsmi nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və bu barədə akt qeydləri kitabında 324 sayla qeyd aparılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, o, Borclu ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 2963/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, həmin nikahdan olan uşaqların onun yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludən alimentin tutularaq Tələbkarya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, Tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025 ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Minimum əmək haqqı məbləğinin 0,70 misli 280,0 manat təşkil edir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,70 mislini aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən və ölkə üzrə yaşayış minimumunun uşag üçün 246,0 manat məbləğində müəyyən edilməsini nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,61 misli məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehə tutulmalı olan alimentin miqdarı hər ay uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,61 misli məbləğində müəyyən edilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2963/2021 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012ci il təvəllüdlü X1 üçün Borcludan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2963/2021 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Borcludan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar