Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-290/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçılar X* və X1 nəvələri - 04 mart 2018-ci il təvəllüdlü X4 ilə hər həftənin həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinin icrasına 06 ay möhlət verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(00*)-2*8/2024 saylı qərardadı ilə borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hazırda borclu yenidən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinin icrasına 06 ay möhlət verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 15*.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 15*.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi hazırkı tələblə daha əvvəl müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 8(00*)-2*8/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının mövcud olmasına baxmayaraq, ərizəçi yenidən, eyni tərəfə, eyni predmet barəsində və eyni əsaslarla ərizə vermişdir. Belə ki, son qərardadın qəbul edilməsindən çox qısa bir müddət ötmüş, bu müddət ərzində hər hansı yeni əsasın meydana gəlməsi ağlabatan deyildir. Ümumiyyətlə, ərizəçi yeni əsasın meydana gəlməsi barədə məsələyə ərizədə toxunmamış, mahiyyət etibarilə əvvəlki işdə mövcud olan ərizə ilə eyni məzmunda ərizə vermişdir. Məhkəmə qeyd edir ki, ərizəçi eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş iş üzrə sübut edilmiş hallar məhkəmə tərəfindən təkrarən sübut edilmir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilmiş və ya təkzib edilmiş hallar təkrarən məhkəmə tərəfindən sübut olunarsa bu, preyudisiallıq institunun mahiyyətinə zidd olmuş olar. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.*-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.*-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2*.02.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 2**.*-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Odur ki məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı olduğundan analogiya tətbiq edilməklə X2 ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 15*.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 15*.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 15*, 26*-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(00*)-2502/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızının ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-290/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-290/2024
16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver