Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-291/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimat ilə məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan Bakı şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)- 444/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda Borclu müqavilə üzrə bank qarşısında öhdəliyini tam icra etmişdir.Bu səbəbdən əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Tərəflərə təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin 093956 saylı məktubundan görünür ki, Borclu xx.xx.2019-cu il tarixdə banka olan borcunu tam ödəmiş və bank qarşısında öhdəliyini tam yerinə yetirmişdir. Azərbaycan Respublikası MPM 162-ci maddəsinə əsasən “müvəqqəti təminat tədbiri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştrak edən şəxslərin... ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər”. Məhkəmə hesab edir ki, banka olan borc tam ödənildiyinə Bakı şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinə qoyulan həbs ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 162, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(003)-444/2018 nömrəli qərardadı ləğv edilsin və Bakı şəhəri, A.Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinə qoyulan həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-291/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-291/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver