Məhkəmə qərarları › İş №8(003)-294/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-294/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-294/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İcra məmurunun hərəkətlərindən X11 və X12 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X20 və X21 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı Şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3403/2021 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar bir qrup şəxs tərəfindən aldadılaraq yeganə evlərindən məhrum olunmuşlar. Belə ki, X17 adlı şəxs onların evini giröv qoymaq adı ilə aldadaraq onlardan etibannamə almış və həmin evi onların razılığı və xəbəri olmadan başqa şəxsə satmışdır. Bununla əlaqədar aralarında hal-hazırda da məhkəmə mübahisəsi gedir. Belə ki, onlar bu alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə iddia ərizəsi vermişlər. Həmin iddia ərizəsi təmin edilməmiş və bundan sonra onlar müvafiq şikayət ərizələri ilə həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəməyə müraciət etmişlər. AR Ali Məhkəməsinin qərarı ilə onların şikayəti təmin edilmiş və Bakı Apeltyasıya Məhkəməsinin bu iş üzrə qəbul edilmiş qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin, onlar paralel olaraq X7 cinayətkar əməlləri barədə digər hüquq-mühafizə orqanlarına da müraciət etmişlər. Belə ki, X7 onlarıi və digər şəxsləri aldatması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Polıs İdarəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və baxılması üçün Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. Burada cinayət işinin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Gündüz Abdulova həvalə edilmişdir. X36 tərəfindən müvafiq araşdırılma aparılmış və xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Onlar bu qərardan da AR Baş Prokurorluğuna şikayət ərizəsi ilə də müraciət etmişlər və hal-hazırda da həmin qərarın ləğvi və işin yenidən ibtidai istıntaqa qaytarılması ilə əlaqədar işlər gedir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarıxli 2(003)-3403/2021 saylı qətnaməsi ilə X30 iddiası təmin edilmiş və onların bu evdən çıxarılmağı qət edilmişdir. Bu gün, yəni 13 08 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev onlara zəng edərək onları icra şöbəsinə çağırdı. İcra şöbəsində olarkən o onlara kobud şəkildə bildirdi ki, nə etsəniz də mən sizi 22.08 2024-cü il tarixdə həmin evdən məcburi şəkildə çıxaracağam. Onlar ona hal-hazırda bu işin mahiyyəti ilə əlaqədar həm cinayət işinin getdiyini, həm də Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesinin getdiyini bildirsək də, o icra məmuruna və dövlət qulluqçusuna yaraşmayan tərzdə onlarla kobudcasına rəftar edərək xx.xx.2024-cü il tarixində onları məcburi qaydada çölə atacağını bildirdi. Onlar ona bu hərəkətlərinin qanunsuz olduğunu xatırlatsalar da, heç biır nəticəsi olmamışdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra haqqında” AR Qanununun 87-ci maddəsini rəhbər tutaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakr Şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3403/2021 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə baxılması barədə proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdehlər X22, X23, X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1740/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki,

1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Resnublikası CM-nin 178.2.2 və 178.7.4-cü maddələri ilə istintaq olunun ********** nömrəli cinayət işi üzrə icraata xitam verilmiş,

2. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X17 xx.xx.2022-çi il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikasi CPM-nin 39.1.5-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 1782.4 -cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir.

3. X5 X7 X8, X25 və X14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsində iştirakı müəyyən olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

4. X1, X3 və X2 ünvan 2 ünvanında yerləşən X9 məxsus olan 10 sot torpaq sahəsini X6 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 21saylı notariat ofisində xx.xx.2020-ci il tarixli AN-İ Ms ******* nömrəli “Alğı-satqı müqaviləsi” ilə 15000 manatı almasına baxmayaraq həmin torpaq sahəsinin cinayət yolu ilə əldə olunmuş əmlak olmasından xəbərləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

5. X7 X10 7500 manat pulunu alıb geri qaytarmaması ilə bağlı aralarında yaranmış münasibətlər mülki xarakterli olduğundan X7 barəsində həmin xüsusat üzrə çinayət təqibinin başlanması rədd edilmişdir.

6. X30 X14, X15 və X4 Baki şəhəri, ünvan 3 ünvanında yerləşən” fərdi evi X6 Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə “Alğısatqı müqaviləsi” ilə 50000 manata almasına baxmayaraq İsa Əliyevin həmin torpaq sahəsinin cinayət yolu ilə əldə olunmuş əmlak olmasından xəbəri olmamadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdehlər X22, X23, X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra haqqında Qanunun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 17.1.7-ci maddəsinə əsasən İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İşin materiallarında göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş qətnamə qanuni qüvvəsini almış, ondan şikayət verilməmişdir. Bu səbəbdən icra məmuru məhkəmə aktının icrasının təmin olunması istiqamətidə apardığı hərəkətlərdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 və X12 “Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 3403/2021 saylı mülki iş üzrə icraatın dayandırılması” barədə şikayət ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İcra məmurunun hərəkətlərindən X11 və X12 “Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3403/2021 saylı mülki iş üzrə icraatın dayandırılması” barədə şikayəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar