Məhkəmə qərarları › İş №8(003)-296/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-296/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-296/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Borclu məxsus əmlakların üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21214” markalı **-XU-*** dövlət qeydiyyat nişnalı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4869/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu ümumillikdə 938,99 manat məbləğində pul vəsait tutularaq tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 8(003)-1832/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus "VAZ 21214” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2021ci il tarixli qərarı ilə xitam verilmişdir. Göstənlənlərə əsasən Borclu məxsus “VAZ 21214” minik markah, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahış olunmuşdur. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-4869/2016 saylı, xx.xx.2016-cı il tarixli il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1987-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Borclu 846,15 manat məbləğində əsas borcu, 72,84 manat məbləğində faiz borcu, cəmi 918,99 manat məbləğində borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-1832/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21214” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)- 4869 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədinə xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən avtomobilin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1832/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21214” minik markalı **- XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1832/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21214” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar