Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-297/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Rəşidə Rəşid qızının katibliyi, Ərizəçi Əliyeva (Axundova) Gülər Gülbala qızının, Borclu iştirakı ilə Ərizəçi (tələbkar) Əliyeva (Axundova) Gülər Gülbala qızının Borclu qarşı alimentin icra qaydasında indeksasiya olunması barədə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (tələbkar) Əliyeva (Axundova) Gülər Gülbala qızı Borclu qarşı ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)- 2/2016 saylı qətnaməsi ilə Borclu birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (tələbkar) Əliyeva (Axundova) Gülər Gülbala qızı məhkəmə iclasında göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Borclu ilə nikahları pozulmuşdur, birgə nikahdan doğulmuş X3 anası Əliyeva (Axundova) Gülər Gülbala qızı ilə qalmışdır, həmçinin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 108 manat sabit pul məbləğində aliment tutulmuşdur. Ərizənin təmin olunmasını xahiş etdi. Borclu məhkəmə iclasında göstərdi ki, indeksasiya məbləğinin nə qədər olduğunu bilmir. Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə ondan 108 manat sabit pul məbləğində aliment tutulmuşdur. Lakin o əvvəllər 120 manat, son üç ildə isə 150 manat ödəmişdir. O yeni ailə qurub və bir uşağı dünyaya gəlmişdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2/2016 saylı qətnaməsinin surətindən görünür ki, Borclu ilə Əliyeva (Axundova) Gülər Gülbala qızı arasında xx.xx.2012-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş X2 anası Əliyeva (Axundova) Gülər Gülbala qızı ilə qalması, Borclu Əliyeva (Axundova) Gülər Gülbala qızının xeyrinə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-2-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2016-cı il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Göründüyü kimi, 2016-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanması üçün 108 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,02 (108:105AZN=1,02) mislini təşkil etmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur. Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.11-1-ci yarımbəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış alimentin məbləğinin tutulmasına da şamil edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunmalıdır və indeksasiya olunmuş aliment xx.xx.2025-ci il tarixindən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2/2016 saylı qətnaməsi ilə Borclu Əliyeva (Axundova) Gülər Gülbala qızının xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-297/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-297/2025
01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver