Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-3/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə icraata Sabunçu rayon icra şöbəsindən icraata daxil olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-13636/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu "xxxx" MMC-nin xeyrinə cəmi 76,72 manat borc ödənilməlidir. Tələb Sabunçu rayon İcra Şöbəsinin təqdimatı əsasında borclunun Xəzər rayonu, Türkan qəsəbəsi, “Rabitəçi” b/ynin 39 saylı bağ evinə yönəldilmişdir və Sabunçu rayon məhkəməsinin 8(008)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulması təmin olunmuşdur. Daha sonra borclu icra sənədi ürə tələbi tam şəkildə təmin etdiyindən iş üzrə icraata xx.xx.2023-cü il tarixdə xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunmuş daşınmaz əmlakın üzərindən qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, “Rabitəçi” b/y-nin 39 saylı bağ evinin üzərindən Sabunçu Rayon Məhkəməsinin 8(008)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. İşdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 13636/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, 15 aprel 1986cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 "xxxx" MMC-nin xeyrinə 56 manat 72 qəpik xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 76 (yetmiş altı) manat 72 (yetmiş iki) qəpik tutularaq ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(003)–871/2017 saylı, xx.xx.2017–ci il tarixli, 8(008)-871/2017 saylı qərardadı ilə borclu X2 adına olan Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, “Rabitəçi” b/y-nin 39 saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Pərakəndə Satış departamnti Bakı satış şöbəsi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Borclu "xxxx" MMC-nə heç bir pul məbləğində borcu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarın sürətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 12636/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyənə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciət icra sənədinin icrasına mane olmursa, icra məmuru onun təmin etməyə borcludur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini və icra sənədi üzrə icraata xitam verildiyini, bununla da daşınmaz əmlak üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(008)-871/2017 saylı qərardadı ləğv edilməli, Borclu ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Rabitəçi” b/y-nin 39 saylı bağ evinin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(003)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(008)-871/2017 saylı qərardadı ilə Borclu ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Rabitəçi” b/y-nin 39 saylı bağ evinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-3/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-3/2024
07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver