Məhkəmə qərarları › İş №8(003)-3/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-3/2025

06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-3/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin xx.xx.2022-ci il tarixli qərarından "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(003)-302/2011 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin xeyrinə Borclu ödəniş gününə olan manat məzənnəsi ilə 110.650 ABŞ dolları məbləğində kredit, 10.700 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 121.350 ABŞ dollarının, bundan əlavə, Borclu 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-302/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək Xəzər rayon məhkəməsinin 2(003)-302/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin geri qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X1 göstərdi ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-302/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu ümumilikdə 121.350 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmiş və icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə yönəldilmişdir. İcra sənədi Xəzər rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra iş üzrə tam və hərtərəfli icra tədbirləri həyata keçirilmədən “İcra haqqında” qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması haqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Borclu barəsində hər hansı məcburi icra tədbirləri həyata keçirilməmiş, bank hesabları araşdırılmamış, əmlakına baxış keçirilməmiş və üçüncü şəxslərdə olan əmlakının mövcud olub-olmaması barədə tədbirlər görülməmişdir.Bu səbəblərdən Elvin Fərzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ıəğv edilməli və borc barəsində müvafiq məvburi icra tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır.Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki,borclunun adına Xaçmaz rayon Qalağan kəndində yerləşən 1.5 ha kənd təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmaqla və hərraclar keçirilməklə son satış qiyməti 957 manat olmaqla "xxxx" ASC tərəfindən alınmışdır. Qalan borc məbləğini ödəmədiyinə görə İXM-nin 528-ci maddəsinə əsasən Borclu protokol tərtib olunmuş və Xəzər rayon məhkəməsinin 3(003)-54/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə olunmuşdur.Xəzər rayon məhkəməsinin 1(003)-101/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Borclu Ağır Cinayətlər məcəlləsinin 196.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.Bütün bunlardan sonra Borclu əmlak vəziyyəti və gəlirləri təkrar yoxlanılmış, lakin ona məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun pul məbləğini ödəməsi üçün bütün tədbirlərin görülmədiyinə görə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)- 302/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Fəzrəliyev Elvinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-302/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar