Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-30/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair Xəzər rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyə qulluqçusu Aqil Nəcəfovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair Xəzər rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyə qulluqçusu Aqil Nəcəfov təqdimat ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1342/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan ünvan ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1342/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xx.xx.2012-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclunun özünün, Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon Məhkəməsinin 2(003)-1342/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan ünvan ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinin tələblərinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-1342/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xx.xx.2012-ci il tarixdə xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(106)-1260/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərardadına əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(003)-1342/2010 saylı qətnaməsi ləğv edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1260/2012 saylı qərardadı ləğv edilmiş və Borclu məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 3/836 saylı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1342/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xx.xx.2012-ci il tarixdə xitam verilmişdir. Bu səbəbdən də göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Borclu mülkiyyətində olan ünvan ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1342/2010 saylı qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan ünvan ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-30/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-30/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver