Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-30/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair Tələbkar şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Tələbkar şikayətlə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Adı çəkilən qərarda Borclu xx.xx.2024-cü il tarixində vəfat etdiyinə görə icra məmuru işə xitam verib. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün 03 may 2024-cü il tarixində aiddiyyatı üzrə Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə 06 may 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və Borclu 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi qərara alınmışdır. Borclu tərəfindən borcun ödənilməsi könüllü qaydada təmin edilməmiş və o 2024-cü ilin 21 iyul tarixində vəfat etmişdir. İcra məmuru isə icra sənədinin icrası ilə bağlı əlavə tədbirlər görmək əvəzinə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3 və 20.2-ci maddələrin istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2145/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədinin icraatına xitam vermişdir. Xəzər rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun yuxanda qeyd edilən maddələrinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, şəxsin adından ölüm haqqında şəhadətnaməsinə istinad etməklə icra sənədinə xitam verilə bilməzdi. Çünki icra haqqında qanunun 20.1.3-cü bəndində göstərilmişdir ki, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ila müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir.Vəfat edən şəxsin vərəsələri yəni arvadı və oğlu vardır. Borclunun vəfatından sonra onun əmlakı onlar tərəfindən idarə olunur. İcra məmuru əmlak vəziyyətini və əmlakın yerində müayinəsini aparmadan əsassız qərar qəbul etdiyini bildirmişdir. Odur ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını ləğv edilərək 2(103)-2145/2024 saylı, 16 aprel 2024-cü il tarixli icra sənədinin icrasının davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(003)- 2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra qeydinə əsasən Borclu Tələbkar xeyrinə 130 manat pulun tutulması qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş şəxsi məlumatlara dair elektron sistemdən çıxarışdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.1.3-cü və 20.2-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edərkən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixdə ölməsi əsası ilə xx.xx.2024-cü il tarixli icra sənədinə xitam vermişdir. Məhkəmə bunula bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(003)- 2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi qəbul edilərkən boclu sağ olmuş və həmin icra sənədi əsasında icrata başlama qərarı qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xəzər Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda cra sənədi üzrə icraat dayandırılır. Həmin Qanunun 19.1.1-ci madəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icra sənədi üzrə icraat dayandırılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə borclu öldükdə icra məmuru tərəfindən icra sənədi üzrə icraat dayandırılmalı, borclunun borclunun vərəsələrinin müəyyən olunması üçün tədbirlər görülməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icra işinin materiallarından və işin araşdırılan hallarından görünür ki, icra məmuru tərəfindən bunula bağlı hər-hansı tədbirlər görülməmiş, borclunun ölməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda gösərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun “20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(003)- 2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə xitam verilməsinə dair xx.xx.2024cü il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2145/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №8(003)-30/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-30/2025
24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver