Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-300/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2220/2016 saylı icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin xx.xx.2020ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Amil Əmirovun xx.xx.2020ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, ləğv edilməsi istənən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərardır. Belə olan halda, tələbkarın hazırkı şikayət ərizəsinə aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılmalıdır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan icraata xitam verilməsi barədə qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2220/2016 saylı icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin xx.xx.2020ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayəti üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-300/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-300/2024
11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver